​İqtisadiyyat naziri Zərdabda vətəndaşları qəbul edəcək

​İqtisadiyyat naziri Zərdabda vətəndaşları qəbul edəcək Qəbul Heydər Əliyev Mərkəzində keçiriləcək
Biznes
21 İyul , 2016 12:01
​İqtisadiyyat naziri Zərdabda vətəndaşları qəbul edəcək

Bakı. 21 iyul. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 22-də Zərdab şəhərində Ağcabədi, Zərdab və Ucar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən “Report”a verilən məlumata görə, qəbul saat 11:00-da Zərdabdakı Heydər Əliyev Mərkəzində başlayacaq. 

Qəbula gəlmək istəyənlər qeydiyyat üçün nazirliyin [email protected], 195-2 Çağrı Mərkəzi, Aran regional bölməsinə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılan “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi