​İqtisadiyyat naziri Saatlıda vətəndaşları qəbul edəcək

​İqtisadiyyat naziri Saatlıda vətəndaşları qəbul edəcək Vətəndaşların qəbulu Gənclər Mərkəzində keçiriləcək
Biznes
21 Yanvar , 2016 12:43
​İqtisadiyyat naziri Saatlıda vətəndaşları qəbul edəcək

Bakı. 21 yanvar. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 22-də Saatlı rayonunda vətəndaşları qəbul edəcək. “Report” İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Gənclər Mərkəzində (Saatlı şəhəri, H.Əliyev Meydanı) keçiriləcək. Görüşdə İmişli, Saatlı və Sabirabad rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, eyni zamanda Nazirliyin Aran regional bölməsi vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və "facebook" səhifələrində xüsusi yaradılan “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi