​İqtisadiyyat naziri Lənkəranda vətəndaşlarla görüşüb

​İqtisadiyyat naziri Lənkəranda vətəndaşlarla görüşüb Lənkəranda keçirilən qəbulda 50-ə yaxın vətəndaş iştirak edib
Biznes
1 İyul , 2016 17:51
​İqtisadiyyat naziri Lənkəranda vətəndaşlarla görüşüb

Bakı. 1 iyul. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Lənkəran şəhərində Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşlar ilə görüşüb.

“Report”a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib, bir sıra məsələlər yerindəcə həll olunub, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Ümumilikdə qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilə əməkdaşlıq, region üçün ənənəvi sahələrin inkişafı, istehsal və emal müəssisələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Görüşə gələn sahibkarların təklifləri müzakirə edilib, heyvandarlıq, quşçuluq, arıçılıq, taxılçılıq, çayçılıq sahələrinin inkişafı, istixanaların, soyuducu anbarların, yaradılması, süd və süd məhsulları, dəmir məmulatları istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi, alkoqolsuz içkilər zavodunun və sənaye-mexanikləşdirmə müəssisənin fəaliyyətinə dəstəyin göstərilməsi barədə müvafiq göstərişlər verilib.

Lənkəranda keçirilən qəbulda 50-ə yaxın vətəndaş müraciət edib.

Son xəbərlər

Orphus sistemi