​Hindistanda beynəlxalq tədbir təşkil olunacaq

​Hindistanda beynəlxalq tədbir təşkil olunacaq Mumbay şəhərində keçiriləcək tədbir aprelin 14-16-da baş tutacaq
Biznes
16 Mart , 2016 17:57
​Hindistanda beynəlxalq tədbir təşkil olunacaq

Bakı. 16 mart. REPORT.AZ/ Hindistanda “Maritime India Summit 2016” adlı beynəlxalq tədbir təşkil olunacaq. “Report” Azpromo-ya istinadən bildirir ki, Mumbay şəhərində keçiriləcək sərgi aprelin 14-16-da baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələrin nümayəndələri sözügedən tədbirə dəvətlidirlər. Tədbir haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.

Eyni zamanda, Özbəkistanda bir sıra sərgilərin keçirilməsi nəzərdə tutulur.

Həmçinin, yerli sahibkarlarla əməkdaşlıq etmək istəyən Maltanın “Nexia BT” şirkətinin təklifləri Azpromo-ya daxil olub. Sözügedən şirkət maliyyə, hüquq və məsləhət xidmətləri sahəsi üzrə ixtisaslaşıb.

Son xəbərlər

Orphus sistemi