Bakı. 19 sentyabr. REPORT.AZ/ Sentyabrın 29-da Hindistanın Caypur şəhərində “Beynəlxalq biznes imkanları” mövzusunda seminar təşkil olunacaq.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) məlumat yayıb.
Asiya İnkişaf Bankının (ADB) təşkilatçılığı ilə təşkil olunan seminarda iştirak etmək üçün Azərbaycanda fəaliyyət göstərən sahibkarlar da dəvət olunub.