​Hesab.az 5 yaşı münasibətilə “Report”un oxucularına ikiqat bonus verir

​Hesab.az 5 yaşı münasibətilə “Report”un oxucularına ikiqat bonus verir Hər əlavə olunan yeni ödəniş xidmətinə yalnız birinci ödəniş edilərkən lotereya bileti təqdim olunur
Biznes
21 Aprel , 2016 20:20
​Hesab.az 5 yaşı münasibətilə “Report”un oxucularına ikiqat bonus verir

Bakı. 21 aprel. REPORT.AZ/ “GoldenPay” şirkətinə məxsus Hesab.az portalı 5 yaşı münasibətilə yeni lotereya kampaniyasına başlayıb. “Report” xəbər verir ki, bu gündən etibarən 15 iyun 2016-cı il tarixinədək Hesab.az-da yeni ödəniş xidməti əlavə edib, minimum 5 manatlıq ödəniş edən istifadəçilərə bir-birindən maraqlı hədiyyələr qazanmaq imkanı verilir.

Kampaniya çərçivəsində qaliblər “Samsung Galaxy S6 EDGE”, “Samsung Tab 4”, “5000 AZN” pul mükafatı, “Ipad mini 3 16GB” planşeti, “40 ekran Sharp TV” televizoru və “Naxçıvan-Bakı-Naxçıvan” aviabileti hədiyyə ediləcək.

Lotereyada iştirakçı olmaq üçün qeydiyyatsız ödəniş edən istifadəçilərin Hesab.az portalında qeydiyyatdan keçmələri, qeydiyyatdan keçmiş istifadəçilərin isə şəxsi kabinetlərinə daxil olub yeni və ya 2016-ci ildə heç ödəniş olunmayan ödəniş xidmətlərinə minimum 5 manat ödəniş etmələri lazımdır.

Qeyd edək ki, hər əlavə olunan yeni ödəniş xidmətinə yalnız birinci ödəniş edilərkən lotereya bileti təqdim olunur.

Visa/Visa Elektron plastik kartları ilə ödəniş etmiş istifadəçilər isə hər 5 manat ödəniş üçün 2bilet əldə edəcəklər. Həmçinin, Hesab.az tərəfindən əməkdaşlıq etdiyi şirkətlərə təqdim olunan xüsusi promo kod vasitəsi ilə ödəniş etmiş istifadəçilər də hər 5 AZN ödəniş üçün 2 (iki) bilet əldə edəcəklər.

Eyni zamanda, "Report" İnformasiya Agentliyinin oxucuları “REPORT” promo kodundan istifadə edərək ödəniş etdikdə lotereya şansları ikiqat artacaq. Bu kod 30 aprel tarixinədək aktivdir.

Lotereya iştirakçıları yalnız bu xidmətlərdən birinə ödəniş etdikdə lotereya şansı əldə edəcəklər: kommunal, mobil, kabel tv, internet, əyləncə, Naxçıvan ödənişləri. Kampaniyaya bank kreditləri ödənişi, sığorta və kinoteatr biletləri ödənişləri daxil deyil.

Lotereyanın nəticələri bu ilin iyun ayının 20-də “GoldenPay” ASC baş ofisində 5 nəfərdən ibarət tiraj komissiyasının qarşısında kompüter proqram təminatı vasitəsilə təsadüfi yolla müəyyənləşəcək. Qaliblərə bu barədə həmin gün telefon, e-mail və ya yaşadığı ünvana məktub göndərilərək məlumat veriləcək.

Lotereya barədə daha ətraflı məlumatı buradan əldə etmək olar: https://www.hesab.az/Visa 

Son xəbərlər

Orphus sistemi