Məmməd Kərimov: "​Hazırkı iqtisadi şərait Azərbaycan şirkətlərinin portfoliosunu şaxələndirmək üçün düzgün vaxtdır"

Məmməd Kərimov: "​Hazırkı iqtisadi şərait Azərbaycan şirkətlərinin portfoliosunu şaxələndirmək üçün düzgün vaxtdır" "Azərbaycanda qısa zaman kəsiyində əsas qlobal oyunçulara çevrilən bir neçə uğur hekayələri var"
Biznes
19 Fevral , 2016 18:50
Məmməd Kərimov: ​Hazırkı iqtisadi şərait Azərbaycan şirkətlərinin portfoliosunu şaxələndirmək üçün düzgün vaxtdır

Bakı. 19 fevral. REPORT.AZ/ "Hazırkı iqtisadi şərait Azərbaycan şirkətlərinin portfoliosunu şaxələndirmək üçün düzgün vaxtdır. Logistika, qanunvericilik və kadrların yığılması kimi sahələrdə çətinliklərə baxmayaraq, Azərbaycanda qısa zaman kəsiyində əsas qlobal oyunçulara çevrilən bir neçə uğur hekayələri var". 

"Report"un "Khalej Times" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə "Xəzər Vençur" (Khazar Ventures) şirkətinin təsisçisi Məmməd Kərimov Dubayda MDB ölkələrinin Qlobalq Biznes Forumunda çıxışı zamanı danışıb.

"İnsanlar göstərdilər ki, biznes yaratmaq və nailiyyət əldə etməyin yeni yolları mövcuddur", - deyə M. Kərimov bildirib. 

Bakıda açılan Dubay Ticarət Palatasının önəmindən danışan M.Kərimov bildirib ki, bu, Azərbaycanın BƏƏ, xüsusən də Dubayla güclü əlaqələrini əks etdirir.

Tədbirdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov da çıxış edib və Azərbaycanın bu sahədə gördüyü işlər barədə ətraflı məlumat verib. 

Son xəbərlər

Orphus sistemi