​Gürcüstana ən böyük sərmayə yatırımı Azərbaycana məxsusdur

​Gürcüstana ən böyük sərmayə yatırımı Azərbaycana məxsusdur Siyahıda ikinci yeri Niderland, üçüncü yeri Türkiyə tutur
Biznes
9 Dekabr , 2015 12:48
​Gürcüstana ən böyük sərmayə yatırımı Azərbaycana məxsusdur

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu ilin III rübündə Gürcüstana birbaşa xarici investisiyaların (FDI) həcmi 33% azalaraq 489 mln. ABŞ dollarına bərabər olub. "Report"un Gürcüstan Dövlət Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, FDI-da Azərbaycanın payı 35%-dir və Azərbaycan ən yaxın rəqibini 21 faiz bəndi qabaqlayır.

Məlumata görə, Azərbaycanın bu ilin üçüncü rübündə Gürcüstana yatırdığı sərmayələrin həcmi II rübə nisbətən 13 mln. dollar, ötən ilin eyni dövrünə nisbətən isə 57,3% yaxud 63 mln. dollar artaraq 173 mln. dollara çatıb.

Siyahıda ikinci yeri 55 mln. dollarla Niderland, üçüncü yeri isə 43 mln.dollarla Türkiyə tutur. Sonuncu yerdə isə Rusiya (9 mln. dollar) qərarlaşır.

Son xəbərlər

Orphus sistemi