Azərbaycanda gömrük xidmətlərinin sadələşdirilməsi məsələləri müzakirə edilib

Azərbaycanda gömrük xidmətlərinin sadələşdirilməsi məsələləri müzakirə edilib Toplantıda gömrük bəyannamələrinin elektron təşkili məsələsi də müzakirə olunub
Biznes
14 Dekabr , 2015 17:17
Azərbaycanda gömrük xidmətlərinin sadələşdirilməsi məsələləri müzakirə edilib

Bakı. 14 dekabr. REPORT.AZ/ “Elektron Hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri və Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri arasında görüş keçirilib. Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Tədbir Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin edilməsi məqsədilə təşkil olunub.

Toplantıda gömrük bəyannamələrinin elektron təşkili məsələsi müzakirə edilib.

Müzakirə zamanı gömrük bəyannaməsinin elektron qaydada doldurulması prosesində istifadəçi kimliyinin portal üzərindən fərdi identifikasiya nömrəsinə (FİN) uyğun tanınması və vətəndaşın şəxsi elektron imza kartı vasitəsilə təsdiqlənməsi şəffaflıq və istifadəçi məmnunluğu baxımından uyğun görülüb.

Həmçinin, elektron bəyannamənin mal sahibi tərəfindən “e-imza” vasitəsilə təsdiqlənməsi üzrə bütün təfərrüatlar müzakirə olunub, bu servisin portal üzərindən təmin edilməsi üçün tələb olunan texniki-proqram şərtlər irəli sürülüb.

Qeyd edək ki, gömrük sərhədlərindən keçirilən malın bəyan edilməsi prosesinin elektron təşkilində mühüm nüans elektron bəyannamənin vətəndaş tərəfindən imzalanmasıdır. Bu gün gömrük sərhədlərində bu əməliyyat ənənəvi üsulla, yəni mal sahibinin bəyannamə formasını kağız üzərində dolduraraq imzalaması ilə aparılır. Bu isə istər mal sahibi, istərsə də səlahiyyətli şəxslərin işinin operativliyinə təsir göstərir.

Toplantıda Gömrük Sertifikat Xidməti Mərkəzinin akkreditə olunması məsələsi də müzakirə edilib.

Milli Sertifikat Xidməti Mərkəzinin rəhbərliyi sözügedən məsələ ilə əlaqədar "ASAN İmza" və Mərkəzi Bankın akkreditə olunma təcrübəsi barədə məlumat verib, mövcud Sertifikat Xidməti Mərkəzinin saxlanılması ilə akkretidə olunmanın mümkünlüyünü şərh edib. Belə ki, bu təcrübə informasiya təhlükəsizliyinə zəmanət verdiyi kimi, eləcə də Mərkəzin yenidən qurulmasını tələb etmir.

Görüşün yekununda DGK-nin nümayəndələri Gömrük SXM-nin akkreditə olunması ilə əlaqədar tələb olunan texniki detallar, həmçinin qanunvericiliklə tələb olunan sənədlərlə bağlı ətraflı məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi