​Gömrük Komitəsi sədrinin Cəlilabad görüşünün vaxtı dəyişdirilib

​Gömrük Komitəsi sədrinin Cəlilabad görüşünün vaxtı dəyişdirilib Görüşdə Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək
Biznes
27 Fevral , 2016 12:13
​Gömrük Komitəsi sədrinin Cəlilabad görüşünün vaxtı dəyişdirilib

Bakı. 27 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Cəlilabad şəhərində nəzərdə tutulan qəbul günü dəyişdirilərək martın 30-dan martın 4-nə keçirilib. Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

A.Əliyev martın 4-ü saat 11:00-da Cəlilabad şəhərinin Heydər Əliyev prospekti,242 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar martın 3-ü saat 11:00-dək 195 Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi və Biləsuvar Gömrük İdarəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi