Gəncədə məcburi köçkünlər üçün biznes-treninq keçirilib

Gəncədə məcburi köçkünlər üçün biznes-treninq keçirilib Treninq Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə təşkil edilib
Biznes
15 Aprel , 2016 17:44
Gəncədə məcburi köçkünlər üçün biznes-treninq keçirilib

Bakı. 15 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə məcburi köçkünlərin məskunlaşdığı Gəncə şəhərinin Yeni qəsəbəsində burada məskunlaşan məcburi köçkünlər üçün treninq keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, “Biznesin əsasları, təşkili və idarə edilməsi”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzularını əhatə edən treninqdə biznes mühiti, biznesin planlaşdırılması, idarə edilməsi, insan resurslarından səmərəli istifadə, biznes ideyanın yaradılması, biznes planın tərtib edilməsi və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, tədbirdə Nazirliyin göstərdiyi elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi