Gədəbəydə istehlakçı hüquqlarına dair konfrans keçirilib

Gədəbəydə istehlakçı hüquqlarına dair konfrans keçirilib Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 150-ə yaxın istehlakçı iştirak edib
Biznes
26 Avqust , 2016 19:18
Gədəbəydə istehlakçı hüquqlarına dair konfrans keçirilib

Bakı. 26 avqust. REPORT.AZ/ İstehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu gün Gədəbəy rayonunda konfrans keçirib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 150-ə yaxın istehlakçı iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasında maarifləndirmənin, təbliğat-təşviqat işlərinin əhəmiyyətindən danışıb: “İstehlakçı hüquqlarının təmin olunmasında dövlət qurumları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsi olduqca vacibdir”.
Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarına dair məruzələrlə çıxış edib.

Eyni zamanda Dövlət Xidməti tərəfindən Gədəbəydə fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün təlim kursu keçirilib. Təlimdə iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi