Azərbaycanda yeni "Ford Mondeo"nun satışına başlanılıb

Azərbaycanda yeni "Ford Mondeo"nun satışına başlanılıb Avtomobilin nağd qiyməti 33 900 manat təşkil edir
Biznes
3 İyun , 2015 16:44
Azərbaycanda yeni Ford Mondeonun satışına başlanılıb

Bakı. 3 iyun. REPORT.AZ/ “Ford Azerbaijan” şirkəti yeni, 2015-ci il istehsalı olan “Ford Mondeo” avtomobil modelinin satışına başlayıb. Şirkətdən “Report”a verilən məlumata görə, avtomobilin nağd qiyməti 33 900 manat təşkil edir. 

Şirkətdən bildirilib ki, avtomobili kreditlə əldə etmək istəyənlər 15 247 manat ilkin ödəniş etməlidir. Kredit 60 ay müddətinə, aylıq ödəniş 517 manat olmaqla təqdim olunur.

Lizinq yolu ilə “Ford Mondeo” sahibi olmaq üçün ilkin 6 940 manat, 36 ay müddətində aylıq 1 013 manat ödənilməlidir.

Qeyd edək ki, yeni "Mondeo"nun 3 müxtəlif kuzov versiyası mövcuddur - idman və eyni zamanda, 1 745 litrlik baqajı ilə çox yük götürmə qabiliyyətli praktik universal, müasir və funksional 5 qapılı hetçbek və zərif və klassik 4 qapılı sedan. “Mondeo Ambiente”, “Mondeo Trend”, “Mondeo Ghia”, “Mondeo Ghia X”, “Mondeo Titanium”, “Mondeo Titanium X” isə onun əsas komplekrasiyalarıdır.

İnteryeri ön və arxa qapıların elektrik şüşəqaldıranları, ön və arxa şüşənin spiralı, elektrikli tənzimlənən və qızdırılan yan güzgülər, hündürlüyə görə elektriklə tənzimlənən sürücü oturacağı, sükanın hidravlik gücləndiricisi, sükanın hündürlüyə və dərinliyə görə tənzimlənməsi, bort kompyuter və s. hissələrdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi