​Forbes: "Lukoyl" Rusiyanın 200 ən iri özəl şirkəti reytinqində birincidir

​Forbes: "Lukoyl" Rusiyanın 200 ən iri özəl şirkəti reytinqində birincidir Şirkət üç ildir bu mövqedə qərarlaşır
Biznes
24 Sentyabr , 2015 07:05
​Forbes: Lukoyl Rusiyanın 200 ən iri özəl şirkəti reytinqində birincidir

Bakı. 24 sentyabr. REPORT.AZ/ Əslən Azərbaycandan olan milyarder Vahid Ələkbərovun "Lukoyl" şirkəti üçüncü ildir ardarda "Rusiyanın 200 ən iri özəl şirkəti" reytinqində birinci yeri tutur.

"Report" xəbər verir ki, siyahı Rusiyanın "Forbes" jurnalı tərəfindən tərtib olunub və nəşrin saytında dərc edilib.

"Lukoyl"un 2014-cü il ərzində US GAAP üzrə mədaxili 4749,2 milyard rubl təşkil edib. Siyahıda ikinci pilləni "Surqutnefteqaz" (Gəlir 890,57 mlrd. rubl) tutub. Üçlüyü "Maqnit" (763,5 mlrd. rubl) riteyleri qapayıb.

Son xəbərlər

Orphus sistemi