"Forbes" ən yenilikçi şirkətləri açıqlayıb

"Forbes" ən yenilikçi şirkətləri açıqlayıb Siyahıda 1-ci yeri avtomobil istehsalçısı "Tesla Motors" şirkəti tutub
Biznes
24 Avqust , 2016 19:18
Forbes ən yenilikçi şirkətləri açıqlayıb

Bakı. 24 avqust. REPORT.AZ/ ABŞ-ın nüfuzlu "Forbes" jurnalı bütün dünya üzrə ən yenilikçi şirkətlərin reytinq cədvəlini tərtib edib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, siyahıda 1-ci yeri avtomobil istehsalçısı "Tesla Motors" şirkəti tutub.

Növbəti yerlərdə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən "Salesforce" şirkəti, 3 əzcaçılıq şirkəti "Regeneron Pharmaceuticals", "Incyte" və "Alexion Pharmaceuticals" qərarlaşıb. Bunlar hamısı ABŞ şirkətləridir.

İlk 10-luğa həmçinin ABŞ-ın idman paltarları istehsalçısı "Under Armour" şirkəti, sərinləşdirici içkilər istehsalçısı "Monster Beverage" şirkəti, İndoneziyanın qida məhsulları istehsalçısı "Unilever" şirkəti və yenə də ABŞ-ın əzcaçılıq "Vertex Pharmaceuticals" və "BioMarin Pharmaceutical" şirkətləri daxildir. 

Son xəbərlər

Orphus sistemi