"Forbes" ən çox pul qazanan məşhurları müəyyənləşdirib

"Forbes" ən çox pul qazanan məşhurları müəyyənləşdirib Siyahıda ABŞ boksçusu liderlik edir
Biznes
3 İyul , 2015 19:10
Forbes ən çox pul qazanan məşhurları müəyyənləşdirib

Bakı. 3 iyul. REPORT.AZ/ “Forbes” jurnalı 2015-ci ilin ilk yarısında idman, incəsənət və TV sahələrində ən çox qazanan insanlarının adlarını açıqlayıb. “Report” xarici mediaya istinadən bildirir ki, 100 məşhurun adının qeyd olunduğu siyahıda ABŞ boksçusu Floyd Meyveter (Floyd Mayweather) liderlik edir. F.Meyveter may ayında döyüşdüyü rəqibi Meni Pakuayaya (Manny Pacquiao) qalib gəlməsi ilə gündəmdə idi və ilin ilk 6 ayında 300 mln. dollar qazanıb. Məğlub olan rəqibi isə şəxsi büdcəsinə 160 mln. dollar əlavə edərək, cari ilin ilk yarısında ikinci ən çox qazanan idmançı olub.

Tanınmış ABŞ müğənnisi Keti Peri (Katy Perry) 135 mln. dollar qazancla siyahıda üçüncü olub. İngilis-İrland pop qrupu "One Direction" 130 mln. dollar qazanaraq 4-cü olub. İlk beşliyi 95 mln. dollarla ABŞ-ın tanınmış radio aparıcısı Hovard Stön (Howard Stern) olub.

Son xəbərlər

Orphus sistemi