Finnair də öz təyyarələrinə Samsung Galaxy Note 7 smartfonlarının keçirilməsini qadağan edib

Finnair də öz təyyarələrinə Samsung Galaxy Note 7 smartfonlarının keçirilməsini qadağan edib Analoji qərarı bu günlərdə Amerika aviaşirkətləri də tətbiq ediblər
Biznes
16 Oktyabr , 2016 18:37
Finnair də öz təyyarələrinə Samsung Galaxy Note 7 smartfonlarının keçirilməsini qadağan edib

Bakı. 16 oktyabr. REPORT.AZ / Finlandiyanın milli aviaşirkəti Finnair də öz təyyarələrinə Samsung Galaxy Note 7 smartfonlarının keçirilməsini qadağan edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, şirkət sentyabrın əvvəlində bu smartfonların təyyarələrdə istifadəsi və ya enerjiyə qoşulmasını qadağan etmişdi. Həmin vaxt Samsung Galaxy Note 7 söndürülmüş vəziyyətdə aparmağa icazə verilirdi.

“15 oktyabr 2016-cı il tarixdən etibarən isə təhlükəsizlik tədbirləri baxımından aviaşirkətin müştərilərinə Samsung Galaxy Note 7 smartfonlarını əl baqajında aparmağa icazə verilmir”, - şirkətin bu gün yaydığı məlumatda deyilir.

Qeyd edək ki, analoji qərarı bu günlərdə Amerika aviaşirkətləri də tətbiq ediblər.

Son xəbərlər

Orphus sistemi