Dünya Bankı: Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün olduqca gözəl bir fürsətdir

Dünya Bankı: Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün olduqca gözəl bir fürsətdir L.Leşçenko Dünya Bankının Azərbaycanla birgə həyata keçirdiyi "Azərpoçt" MMC-nin rebrendinqinə dair layihəni yüksək qiymətləndirib
Biznes
17 Mart , 2015 13:16
Dünya Bankı: Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün olduqca gözəl bir fürsətdir

Bakı. 17 mart. REPORT.AZ/ "Bütün dünyada neftin qiyməti düşüb və bu proses davam edir. Biz inanırıq ki, bu, iqtisadiyyatın şaxələndirilməsi baxımından Azərbaycan üçün olduqca əlverişli və gözəl bir fürsətdir, iqtisadiyyatın modelinin dəyişməsi üçün olduqca yaxşı imkandır. Dünya Bankı artıq uzun illərdir Azərbaycanla bu istiqamətdə danışıqlar aparır". "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitində çıxışı zamanı Dünya Bankının (DB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko bildirib.

L.Leşçenko hesab edir ki, hazırda dünyada neftin qiymətinin düşməsi Azərbaycan kimi ölkələr üçün biznes mühitinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin artırılmasına kömək edəcək: "Hazırkı şəraitdə qeyri-neft sektorunun inkişafı üçün informasiya texnologiyaları sektoru hərəkətverici sahədir. Bundan başqa, kənd yerlərində informasiya texnologiyalarının inkişafı, əhalinin genişzolaqlı internetlə təmin olunması, mobil xidmətlərə çıxışını genişləndirmək üçün çox yaxşı fürsət olduğunu düşünürük".

L.Leşçenko ölkədə yoxsulluğun azaldılması, kənd yerlərində yaşayan insanların maliyyə vəsaitlərindən istifadəsinin asanlaşmasına kömək edəcək layihəni - DB-nin Azərbaycanla birgə həyata keçirdiyi "Azərpoçt" MMC-nin rebrendinqinə dair layihəni yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi