Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair növbəti təlim keçirilib

Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair növbəti təlim keçirilib İdarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 8 mövzu üzrə təlimlərin keçirilməsini nəzərdə tutur
Biznes
22 Sentyabr , 2015 20:50
Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin  tətbiqinə dair növbəti təlim keçirilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı “Maraqların toqquşması və onun həlli” mövzusunda təlim keçirilib. Nazirlikdən "Report"a verilən məlumata görə, tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.

Təlimdə İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə çıxış edərək, maraqların toqquşmasının mahiyyəti və səbəbləri, onların həlli, maraqlar toqquşmasının qarşısının alınması üsulları barədə iştirakçılara məlumat verib.

Tədbir çərçivəsində maraqların toqquşması prosesində yaranan münasibətlərin tənzimlənməsinə dair mövcud qanunvericilik və beynəlxalq təcrübə barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Ümumilikdə, İqtisadiyyat və Sənaye Nazirliyi korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 38 istiqaməti əhatə edən 8 mövzu üzrə təlimlərin keçirilməsini nəzərdə tutur. Artıq 6 mövzu üzrə təlimlər keçirilib.

Son xəbərlər

Orphus sistemi