​Dövlət Gömrük Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edib

​Dövlət Gömrük Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edib Görüşdə Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarının sakinləri iştirak ediblər
Biznes
28 Avqust , 2015 16:08
​Dövlət Gömrük Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edib

Bakı. 28 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev avqustun 28-də Yardımlı şəhərində Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarının sakinlərini qəbul edib. Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Heydər Əliyev Mərkəzində DGK-nın müvafiq struktur rəhbərlərinin də qatıldıqları qəbulda müraciətlər əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub. Məlumata görə, əksər müraciətlər yerindəcə həll edilib. Araşdırılması zəruri olan bir sıra müraciətlərin isə qanunvericiliyə uyğun həlli barədə müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə isə vətəndaşlara hərtərəfli izahatlar verilib, belə müraciətlər müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi