​Dövlət Gömrük Komitəsinin sədri Gədəbəydə vətəndaşlarla görüşüb

​Dövlət Gömrük Komitəsinin sədri Gədəbəydə vətəndaşlarla görüşüb Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər məsələlərlə bağlı olub
Biznes
23 İyun , 2016 19:12
​Dövlət Gömrük Komitəsinin sədri Gədəbəydə vətəndaşlarla görüşüb

Bakı. 23 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iyunun 23-də Gədəbəydə rayon mədəniyyət və turizm şöbəsinin inzibati binasında vətəndaşlarla görüşüb.

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər məsələlərlə bağlı olub.

Görüş zamanı DGK sədri Aydın Əliyev vətəndaşın müraciətini dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi