Bakı. 8 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsində (DGK) komitə sədrinin müvafiq sərəncamı ilə Apellyasiya Şurası yaradılıb. Bu barədə "Report"a DGK-nin mətbuat xidmətindən məlumat verilib.
Yeddi nəfərdən ibarət olan Şuraya Komitənin strukturuna aid olan qurumların məsul şəxsləri daxil edilib və Şuraya DGK sədrinin müavini Rza Həsənəliyev başçılıq edir.
DGK-dan verilən açıqlamaya görə, Apellyasiya Şurası Azərbaycan Prezidentinin fevralın 3-də imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” fərmanına uyğun olaraq yaradılıb.