​Deloitte: Son 3 ildə səsli danışıq üzrə ödəniş qabiliyyəti 20% artıb

​Deloitte: Son 3 ildə səsli danışıq üzrə ödəniş qabiliyyəti 20% artıb 18-24 yaş arasında olan istifadəçilər üzrə istisna payı bu qrupun gələcək üzvlərinin daha çox mesajlara meylli olması ehtimalı ilə arta bilər
Biznes
11 Fevral , 2016 19:45
​Deloitte: Son 3 ildə səsli danışıq üzrə ödəniş qabiliyyəti 20% artıb

Bakı. 11 fevral. REPORT.AZ/ Bu il inkişaf etmiş ölkələrin bazarlarında smartfon istifadəçilərinin 26%-i müvafiq həftə dövrü bir dəfə də olsa ənənəvi telefon zəngi etməyəcəklər. Biz bu şəxsləri “xüsusilə mobil internet istifadə edənlər” adlandırırıq. Onlar ünsiyyəti dayandırmır, sadəcə ənənəvi səsli zəngləri smslərlə, yüksək səviyyəli səs və video xidmətlərlə əvəz edirlər. Belə istisnalar 2015-ci ildə bütün smartfon istifadəçiləri üzrə 22%, 2012-ci ildə isə 11% təşkil edib. "Report" xəbər verir ki, bu barədə "Deloitte Global"ın hazırladığı "Texnologiya, Media və Telekommunikasiya üzrə Proqnozlar 2016" icmal buraxılışında qeyd edilib.

Buraxılışda göstərilir ki, mobil zənglərlə bağlı müəyyən olunmuş paketlərin daim dəyişməsinə görə 2012-2015-ci illərdə dəqiqələrlə ölçülən səsli mobil danışıqlar, səsli danışıqlar üzrə ödəniş qabiliyyəti 20%-dək artıb:

"İkincisi, əksər smartfon istifadəçilərinin istifadə modelləri səssiz fəaliyyətə sərf olunan vaxtın bəzi ABŞ və Böyük Britaniya kimi bazarlarda qeyd edildiyi kimi kifayət qədər, yəni 3 dəfə artması səbəbindən məlumatların yenidən emalını tələb edir. 2015-ci ilin ortalarınadək ən məşhur məlumat xidməti, 60% istifadə ilə mətn mesajlar idi ki, bu da daha sonra sürətli mesajlaşma, elektron poçt və sosial şəbəkələrlə davam edib".

"Deloitte" hesab edir ki, 2015-ci ilin ortalarına istisnaların ən böyük hissəsini 18-24 yaş qrupu təşkil edib və inkişaf etmiş ölkələrdə bunun 31%-nin orta hesabla 22% təşkil edən yaşlılarla müqayisədə həftəlik telefon zəngləri etməyib:

"2016-cı ildə və daha sonra 18-24 yaş arasında olan istifadəçilər üzrə istisna payı bu qrupun gələcək üzvlərinin daha çox mesajlara meylli olması ehtimalı ilə arta bilər. Onların ilk kommunikasiya vasitəsi kiçik uşaqlarda olduğu kimi sensor ekranlı MP3-lər və ya WiFi planşetlər ola bilər və onlardan, mesaj üçün istifadə etmək mümkün olsa da onların adi səsli telefon zəngləri etmək üçün mobil əlaqə modemi yoxdur. Azyaşlıların böyüyərək standart mobil telefon paketi üçün ödəniş etmək vaxtına qədər belə şəxslər standart ünsiyyət vasitəsi kimi mesajdan istifadə edə və səsli zənglər etməkdən qeyri-iradi olaraq çəkinə bilərlər. Smartfonların əsas məqsədi səs və məlumat mübadiləsini bir cihaz vasitəsilə həyata keçirmək idi. Lakin, son 10 il ərzində smartfonların informasiya imkanları, böyük ekranlar, sürətli qoşulma, daha güclü prosessorlar, mükəmməl kameralar, təkmilləşdirilmiş qrafik görüntülər vasitəsilə kəskin dəyişmiş və bütün bunlar ənənəvi telefon zəngləri əvəzinə məlumat mübadiləsini seçən insanlarla bağlı tendensiyalara təsir edib".

Son xəbərlər

Orphus sistemi