​Daşkəsəndə sahibkarlar üçün treninq keçirilib

​Daşkəsəndə sahibkarlar üçün treninq keçirilib Bakı. 27 avqust. REPORT.AZ / Daşkəsən rayonunun Bayan kəndində Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçıl
Biznes
27 Avqust , 2014 17:37
​Daşkəsəndə sahibkarlar üçün treninq keçirilib

Bakı. 27 avqust. REPORT.AZ / Daşkəsən rayonunun Bayan kəndində Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən "Reporta"a verilən məlumata görə, "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması", "Daşkəsən rayonunda turizmin inkişaf perspektivləri", "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik, turizm obyektlərində kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, turistlərin qarşılanmasının, yerləşdirilməsinin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin yaradılması və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi