Bakı. 30 Avqust. REPORT.AZ/ Rusiyanın Dağıstan Respublikası Azərbaycana döşəmə plitəsi və keramik qranit ixrac etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə ötən gün Dağıstan Respublikası hökumətinin sədri Abdusəməd Həmidov Kumtorkalin rayonunda "Marabi" zavodunun inşasının son mərhələsini yoxlamadan keçirərkən bildirib.
O zavod məhsullarının, həmçinin Şimali Qafqaz Federal Dairəsi, Moskva və Qazaxıstana tədarükünün planda durduğunu qeyd edib.
2013-cu ilin aprel ayında start götürən layihə çərçivəsində döşəmə plitəsi və keramik qranit istehsalı nəzərdə tutulub. Zavod cari ilin noyabrında istifadəyə veriləcək.