"Caspian European Club" qapalı iş rejiminə keçir

"Caspian European Club" qapalı iş rejiminə keçir Yeni qərar aprelin 11-dən qüvvəyə minir
Biznes
6 Aprel , 2016 10:14
Caspian European Club qapalı iş rejiminə keçir

Bakı. 6 aprel. REPORT.AZ/ "Caspian European Club" (Caspian Business Club) aprelin 11-dən CEİBC-nin ali rəhbərliyinin qərarı ilə qapalı iş rejiminə keçir. "Report" xəbər verir ki, bunu CEİBC-in sədrinin birinci müavini, baş icraçı direktor Telman Əliyev bildirib.

T.Əliyev qeyd edib ki, həmin tarixdən etibarən Klubun təşkil etdiyi tədbirlər, biznes-forum və dəyirmi masalarda yalnız "Caspian European Club"un (Caspian Business Club) üzv şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak edə biləcəklər.

“Bundan sonrakı tədbirlərimizdə, biznes-forum və dəyirmi masalarımızda fəal iştirak etmək istəyən şirkət rəhbərləri və nümayəndələri mayın 1-dək elektron qeydiyyat formasını dolduraraq "Caspian European Club"a güzəştli şərtlərlə daxil ola bilərlər. Bu qərar "Caspian European Forum", "Caspian Energy Forum" və "Caspian Business Forum" beynəlxalq forumlarına da şamil olunur”, - deyə baş icraçı direktor bildirib.

T.Əliyev həmçinin qeyd edib ki, "Caspian European Club"la əməkdaşlığa dair müqavilə imzalamış diplomatik nümayəndəliklərin, beynəlxalq maliyyə institutları və beynəlxalq təşkilatların başçıları, ali təhsil müəssisələrinin rektorları, biznes assosiasiya və sahibkarlar ittifaqlarının rəhbərləri CEİBC-nin təşkil etdiyi biznes-forumlara bundan sonra da maneəsiz qatıla biləcəklər.

Onun sözlərinə görə, yeni qərar "Caspian European Club"un media tərəfdaşlarına aid deyil: "Onlar üçün əvvəllər olduğu kimi yenə də qısa mətbuat konfranslarında iştirak üçün şərait və biznes-forumun rəsmi hissəsinə qatılmaq imkanı yaradılacaq".

Qeyd olunub ki, 2016-cı il mayın 1-dək "Caspian European Club"a (Caspian Business Club) daxil olan bütün şirkətlər CEİBC-nin digər üzv şirkətləri kimi özlərinə məxsus brendləri “Caspian Brand Award” (www.brandaward.org) beynəlxalq mükafatının səsvermə saytında ödənişsiz əsaslarla yerləşdirmək və eyni zamanda top-menecerlərinin ad və fotolarını “Caspian CEO Award” (www.award.ceo) beynəlxalq mükafatının səsvermə saytında səsə qoymaq imkanı əldə edəcəklər.

“Caspian Brand Award” (www.brandaward.org) beynəlxalq mükafatının rəsmi təqdimetmə mərasimi 2016-cı ilin payızında, “Caspian CEO Award” beynəlxalq mükafatının təqdimetmə mərasimi isə 2017-ci ilin qışında keçiriləcək.

Ümumiyyətlə, CEİBC ilin sonuna kimi nazirlik və qurum rəhbərlərinin iştirakı ilə 20-dək biznes-forum təşkil etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi