​Bu il Azərbaycanda 25 tondan çox yararsız ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

​Bu il Azərbaycanda 25 tondan çox yararsız ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib Bakı. 18 avqust. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi...
Biznes
18 Avqust , 2014 12:08
​Bu il Azərbaycanda 25 tondan çox yararsız ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Bakı. 18 avqust. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Yardımlıda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti konfrans keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumları, ictimai təşkilatların nümayəndələri və 200-ə yaxın istehlakçı iştirak edib.

Nazirlikdən “Report”a verilən məlumata görə, tədbirdə Xidmətin rəis müavini Araz Əliyev çıxış edib və Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, əhalinin sosial rifahının daha da yaxşılaşdığını vurğulayıb.

İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verən A.Əliyev 2014-cü ilin yanvar-iyul ayları ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 25,2 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyini bildirib.

Xidmətin rəis müavini istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, 2014-cü ilin yanvar-iyul ayları ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 45 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanıb. A.Əliyev hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirildiyini, müxtəlif maarifləndirici materialların dərc edildiyini, birgə televiziya verilişləri hazırlandığını deyib.

Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.

Konfransda Antiinhisar Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Son xəbərlər

Orphus sistemi