​Bu il Azərbaycanda əmtəə dövriyyəsi 1,9% artıb

​Bu il Azərbaycanda əmtəə dövriyyəsi 1,9% artıb Əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlirlərdə də 1,2% artım olub
Biznes
14 İyul , 2016 12:38
​Bu il Azərbaycanda əmtəə dövriyyəsi 1,9% artıb

Bakı. 14 iyul. REPORT.AZ/ Bu il Azərbaycanda yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13804,4 mln. manatlıq məhsul satılıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata əsasən, bu dövr ərzində xidmət subyektləri tərəfindən 3387,4 mln. manatlıq ödənişli xidmət göstərilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,9%, əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlir 1,2% artıb, ticarət şəbəkəsində 6790,6 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7013,8 mln. manatlıq qeyri-ərzaq məhsulları satılıb.

Son xəbərlər

Orphus sistemi