Bu gün Londonda Britaniya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bu gün Londonda Britaniya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək Ötən gün isə Ticarət və İnvestisiyalar, Maliyyə və Peşəkar Xidmətlər üzrə birgə işçi qruplarının iclası və Təhsil Forumu keçirilib
Biznes
11 Fevral , 2016 10:51
Bu gün Londonda Britaniya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bakı. 11 fevral. REPORT.AZ/ Londonda Böyük Britaniya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası çərçivəsində fəaliyyət göstərən Ticarət və İnvestisiyalar, Maliyyə və Peşəkar Xidmətlər üzrə birgə işçi qruplarının iclası və Təhsil Forumu keçirilib.

"Report"un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclaslarda Azərbaycan və B.Britaniya arasında iqtisadi əlaqələr və müvafiq sahələrdə əməkdaşlıq perspektivləri, eləcə də Komissiyanın iclasına hazırlıq məsələləri müzakirə edilib.

Bu gün isə Neft və Qaz üzrə işçi qrupunun iclası və B.Britaniya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının ilk iclası keçiriləcək.

Komissiyanın iclasında iştirak etmək məqsədilə İqtisadiyyat naziri, komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Londonda səfərdədir. Komissiyanın B.Britaniya tərəfindən həmsədri isə bu ölkənin ticarət və investisiyalar üzrə dövlət naziri Fransis Moddur.

Son xəbərlər

Orphus sistemi