Böyük Britanıya şirkəti Azərbaycan investorlarını əməkdaşlığa dəvət edir

Böyük Britanıya şirkəti Azərbaycan investorlarını əməkdaşlığa dəvət edir "MCC Group" bir çox ölkədə xəstəxana layihələrinin maliyyələşdirilməsi və inşası sahəsində böyük təcrübəyə malikdir
Biznes
10 Avqust , 2016 17:08
Böyük Britanıya şirkəti Azərbaycan investorlarını əməkdaşlığa dəvət edir

Bakı. 10 avqust. REPORT.AZ/ Baş qərargahı Londonda (Böyük Britanıya) yerləşən “Medical Consultancy and Construction” (“MCC Group”) şirkəti Azərbaycanda fəaliyyət göstərən sahibkarları əməkdaşlığa dəvət edib.

“Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən bildirir ki, dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən “MCC Group” tibb sahəsində irimiqyaslı layihələr, xüsusilə də stasionar, modular və mobil xəstəxanaların planlaşdırılması, layihələşdirilməsi və həyata keçirilməsi üzrə ixtisaslaşmış bir şirkətdir.

Şirkətin Türkiyənin Ankara və Perunun Lima şəhərlərində də ofisləri var. “MCC Group” 150 illik təcrübəyə malikdir. Şirkət fəaliyyət göstərdiyi bir çox ölkələrdə xəstəxana layihələrinin maliyyələşdirilməsi və inşa edilməsində böyük təcrübəyə malikdir.

Maraqlananlar ətraflı məlumatları əldə etmək üçün "Azpromo"ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi