“BMW”nin yeni avtosalonu və iki yeni modeli təqdim olunub

“BMW”nin yeni avtosalonu və iki yeni modeli təqdim olunub Təqdim olunan yeni modellər “BMW X5 M” və “BMW X6 M”dir
Biznes
23 İyul , 2015 16:47
“BMW”nin yeni avtosalonu və iki yeni modeli təqdim olunub

Bakı. 23 iyul. REPORT.AZ/ Alman markası olan “BMW”nin Azərbaycan üzrə idxalçısı “Improtex Motors” MMM əsaslı təmirdən sonra “BMW” satış və sərgi salonunda yenidən fəaliyyətə başlayıb. “Report” xəbər verir ki, avtosalonla yanaşı, “Improtex Motors” şirkəti iki yeni modelini - “BMW X5 M” və “BMW X6 M” modellərini təqdim edib.

Əsaslı təmirdən sonra “BMW” avtosalonunun ümumi sahəsi 750 kv. metr təşkil edir, bundan 650 kv. metri ekspozisiya üçün ayrılıb. Yeni salonda 20-dən çox avtomobilin nümayişi mümkündür.

Yeni - ikinci “BMW X6 M” və üçüncü “BMW X5 M” modelləri əvvəlki mühərriklərlə təchiz olunsa da, onun məhsuldarlığı 20 at gücü və 70 Nyuton-metr artıb. Yeni modellərin həm texniki göstəriciləri, həm xarici dizaynı, həm də salonunun işlənməsi də dəyişikliyə məruz qalıb. Bavariya mühəndisləri 4,4 litr həcmə malik biturbo mühərrikini güncləndirdikdən sonra aqreqatın gücü 575 at gücü, maksimal fırlanma anı isə 750 Nyuton-metrədək artıb. Hazırda bu krossoverlər 10 km/saat sürəti cəmi 4,2 saniyəyə yığır ki, bu da əvvəlki versiyalardan 0,5 saniyə tezdir. Hər iki modelin maksimal sürəti 250 km/saat həddində ağıllı elektronika ilə məhdudlaşdırılıb. Güc aqreqatı ilə cütlükdə idman dinamikasını təmin edən 8 pilləli “M Steptronic” avtomat transmissiyası və “xDrive” tam ötürmə sistemi çalışır.

Bundan başqa, hər iki krossover “M Steptronic” tipli “Dynamic Control Damper System” (üç rejimdə çalışır) idarəetmə sistemi ilə təchiz olunub. Eyni zamanda, əyləc sistemi və 10 millimetr aşağı salınmış idman tipli asqı mövcuddur. Standart olaraq avtomobillər 20 düymlük alüminium təkər diskləri ilə komplektləşdirilib ki, bu disklər “Michelin Pilot Super Sport” xüsusi şinlərlə təchiz olunub. 

Qeyd edək ki, yeni modellərin baza qiyməti 143 min manatdan başlayır, ölkəyə ilk gətirilən versiyası ilə tam təchizatlı modeldir ki, onun da qiyməti 178 min manatdır.

Son xəbərlər

Orphus sistemi