Biznes üçün ən yaxşı şəhərin adları açıqlanıb

Biznes üçün ən yaxşı şəhərin adları açıqlanıb Yaponiyanın "Mori" fondu biznes və innovasiyalar üçün ən cazibədar şəhərlərin reytinqini tərtib edib
Biznes
9 Oktyabr , 2014 17:04
Biznes üçün ən yaxşı şəhərin adları açıqlanıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ London Yaponiyanın "Mori" fondu tərəfindən tərtib edilən biznes və innovasiyalar üçün ən cazibədar şəhərlərin reytinqində birinci yeri tutub. "Report" xəbər verir ki, Britaniyanın paytaxtı Nyu-York, Paris və Tokionu arxada qoyub. Yaradıcılıq və biznes üçün ən yaxşı şəhərlər beşliyini Sinqapur tamamlayır. 

Reytinqin tərtibatçıları istisadiyyat göstəricilərini, elmi fəaliyyət imkanlarını, həyat komfortunu, mədəni həyatı, ekologiya və nəqliyyat vəziyyətini təhlil ediblər. İndeks həmçinin tədqiqatçılar, artistlər, turistlər və yerli əhali üçün şəhərin cazibədarlıq dərəcəsini əks etdirir. 

Reytinqə Avropanın 15 və Asiyanın isə 12 şəhəri olmaqla dünyanın 40 şəhəri daxil olub. 

Rusiyanın paytaxtı Moskva şəhəri reytinqdə 36-cı yeri tutub. Ən sonuncu pillədə siyahıda yeganə Afrika şəhəri olan Qahirə yer alıb. 

Qeyd edək ki, "Mori" fondu şəhərlərin tədqiqini 2008-ci ildən aparır. 

Son xəbərlər

Orphus sistemi