Beynəlxalq ticarət, elektrik enerjisi, tikintiyə icazələrin verilməsi ilə bağlı metodologiyaya dəyişiklik edilib

Beynəlxalq ticarət, elektrik enerjisi, tikintiyə icazələrin verilməsi ilə bağlı metodologiyaya dəyişiklik edilib "Hesabat real iqtisadiyyata əsaslanır"
Biznes
17 Mart , 2016 10:34
Beynəlxalq ticarət, elektrik enerjisi, tikintiyə icazələrin verilməsi ilə bağlı metodologiyaya dəyişiklik edilib

Bakı. 17 mart. REPORT.AZ/ Beynəlxalq ticarət, elektrik enerjisi, tikintiyə icazələrin verilməsi və əmlakın qeydiyyatı ilə bağlı metodologiyaya dəyişiklik edilib. "Report" xəbər verir ki, bunu "Doing business" hesabatının metodologiyasında edilmiş yeni dəyişikliklərə dair keçirilən seminarda çıxış edən Dünya Bankının mütəxəssisi Valentina Saltane deyib.

V. Saltane deyib ki, hesabat real iqtisadiyyata əsaslanır:

"Əvvəllər biz hansısa sahibkarın anbar tikməsi üçün nələr etməli olduğuna baxırdıqsa, indi isə biz bu anbarın tikilməsinə icazə verən hansı qaydaların olmasına baxırıq. Çünki bəzən bu icazə əsrlərlə davam edə bilər. Biz ümumiyyətlə, əmək, vergi daxil olmaqla bir sıra qanunvericiliklərə baxırıq".

DB nümayəndəsi deyib ki, Asan xidmətin yaradılması ilə bir çox qanunvericilikdə sadələşdirilmələr qeydə alınıb və bu da Azərbaycanın reytinqinin yüksəlməsinə səbəb olub:

"Biz beynəlxalq ticarətlə bağlı metodologiyaya bəzi dəyişiklik etmişik. Əvvəl ancaq dəniz ticarəti ilə bağlı ölçmələr aparırdıq, amma indi bunu bir qədər də genişləndirmişik" - deyə, o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi