​Bərdədə istehlakçıların hüquqlarına dair konfrans keçirilib

​Bərdədə istehlakçıların hüquqlarına dair konfrans keçirilib Tədbirdə 200-ə yaxın istehlakçı iştirak edib
Biznes
20 May , 2016 20:34
​Bərdədə istehlakçıların hüquqlarına dair konfrans keçirilib

Bakı. 20 may. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətibu gün aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və 200-ə yaxın istehlakçının iştirakı ilə Bərdə rayonunda konfrans keçirib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda təşkil olunan tədbirdə çıxış edən Xidmətin rəis müavini Araz Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə, təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyətindən danışıb. A.Əliyev tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik, istehlakçıların bilməli olduğu məsələlər, Dövlət Xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib:”İstehlakçıların maarifləndirilməsi məqsədilə konfranslar, seminarlar, dəyirmi masalar təşkil edilir. KİV-də istehlakçı hüquqları barədə maarifləndirici məlumatlar yayılır, ticarət və ictimai-iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir. İstehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq əhali arasında paylanılır. Dövlət Xidməti tərəfindən ötən il və bu ilin dörd ayı ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 105 mindən artıq buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 7 mindən çox yaddaş kitabçası hazırlanıb və paylanıb. Bu işlər hazırda da davam etdirilir”.

Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarına dair müxtəlif mövzularda məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkə, xidmətlərdən istifadə edərkən diqqət yetirməli olduğu məsələlər barədə ətraflı məlumat verib, suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb. 

Son xəbərlər

Orphus sistemi