​BBF-in üzvlərindən olan Mr. Bee Hesab.az ilə əməkdaşlığa başlayıb

​BBF-in üzvlərindən olan Mr. Bee Hesab.az ilə əməkdaşlığa başlayıb Müştərilər bonuslarını endirim kartlarına çevirmək imkanı əldə edəcəklər
Biznes
6 İyun , 2016 20:00
​BBF-in üzvlərindən olan Mr. Bee Hesab.az ilə əməkdaşlığa başlayıb

Bakı. 6 iyun. REPORT.AZ/ Kercom şirkətinə məxsus olan Mr. Bee bal brendi Hesab.az ödəniş portalı ilə əməkdaşlığa başlayıb.

"Report" xəbər verir ki, bu əməkdaşlıq nəticəsində müştərilər Hesab.az saytında toplanan bonuslarını Mr.Bee-nin endirim kartlarına çevirmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, Mr. Bee balları qısa müddət öncə bəzi supermarketlərdə də satışa çıxarılıb. 

Mr. Bee 2016-cı ilin mart ayından etibarən “Baku Business Factory”nin biznes inkubasiya mərkəzinin xidmətlərindən istifadə edir.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün BBF-nin rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi