"Baku Mall" Ticarət və Əyləncə Mərkəzində stimullaşdırıcı lotereya oyununa yekun vurulub

"Baku Mall" Ticarət və Əyləncə Mərkəzində stimullaşdırıcı lotereya oyununa yekun vurulub Hədiyyələr içərisində super priz "Mazda 3" avtomobili də olub
Biznes
9 Mart , 2016 16:15
Baku Mall Ticarət və Əyləncə Mərkəzində stimullaşdırıcı lotereya oyununa yekun vurulub

Bakı. 9 mart. REPORT.AZ/ "Baku Mall" Ticarət və Əyləncə Mərkəzində stimullaşdırıcı lotereya oyununa yekun vurulub. "Report" xəbər verir ki, noyabrın 28-dən etibarən keçirilən lotereyanın çəkilişi mərasimi "Baku Mall" Ticarət və Əyləncə Mərkəzinidə möhtəşəm konsert proqramı ilə başlayıb və bütün hədiyyələr öz sahibini tapıb.

Belə ki, “8 marta hədiyyəniz var?” adlı kampaniyada uduşa qoyulan 120-dən çox hədiyyələr içərisində super priz "Mazda 3" avtomobili də olub. Səhnəyə aparıcı tərəfindən qonaqlar arasından dəvət olunan yaşlı qadın avtomobilin qalibini müəyyən etmək üçün lototrona əlini salıb və uduşun qalibini elan edən 1 ədəd lotereya biletini götürərək aparıcıya təqdim edib. Aparıcı isə öz növbəsində lotereya biletinin üzərində öncədən qeyd olunan müştərinin əlaqə nömrəsinə zəng edib və şad xəbəri qalib - Zamanlı Mətanət Kamal qızına bildirib. 

Bu kimi aksiyaları davamlı edəcəklərini bildirən "Baku Mall" Ticarət və Əyləncə Mərkəzinin rəhbərliyi qalibləri təbrik edib və mərkəzə gələn hər kəsə təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi