​"Baku Business Factory"də “Growth Hacking” mövzusunda seminar təşkil edilib - FOTO

​"Baku Business Factory"də “Growth Hacking” mövzusunda seminar təşkil edilib - FOTO “Baku Business Factory”də qeydiyyatda olan startaplarla yanaşı, mövzuya marağı olan digər şəxslər də iştirak edib
Biznes
2 May , 2016 10:38
​Baku Business Factorydə “Growth Hacking” mövzusunda seminar təşkil edilib - FOTO

Bakı. 2 may. REPORT.AZ/ “Baku Business Factory” gənclərin biznes biliklərinin artırılması ilə bağlı fəaliyyətlərinə davam edir. Bu məqsədlə təşkilatın ofisində startaplar və bizneslə məşğul olmaq istəyən şəxslər üçün “Growth Hacking” mövzusunda seminar təşkil edilib.

"Report" xəbər verir ki, seminarın əsas mövzusu yeni marketinq vasitəsi kimi “Growth Hacking” olub. “Growth Hacking” kiçik büdcə ilə böyük işlər görə bilmək üçün müxtəlif fəaliyyətləri əhatə edən və dijital platformanın yaratdığı bütün imkanlardan faydalanmağı önə çıxaran marketinq strategiyasıdır. “Growth Hacker”lər ənənəvi bahalı marketinq vasitələrinin yerinə daha ucuz və daha effektiv həll yolları təklif edirlər. Əsas vasitələr sosial media, viral marketinq və SEO-dur. Seminarın əsas məqsədi gənclərin öz bizneslərini qurarkən texnologiyanın onlar üçün yaratdığı geniş və ucuz imkanlar haqqında onları məlumatlandırmaq olub.

Seminar "Tor Digital Agency" və "Moblama"nın təsisçisi və direktoru, Sankt Peterburq şəhərində yerləşən "Trace Games" şirkətinin həmtəsisçisi Toğrul Səmədov tərəfindən keçirilib.

Seminarda “Baku Business Factory”də qeydiyyatda olan startaplarla yanaşı, mövzuya marağı olan digər şəxslər də iştirak ediblər.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılmışdır. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün BBF-in rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi