Bakıda qanunvericiliyin təsirinin qiymətləndirilməsinə dair seminar keçirilir

Bakıda qanunvericiliyin təsirinin qiymətləndirilməsinə dair seminar keçirilir Məqsəd - qanunların ümumilikdə cəmiyyətə təsirini ölçməkdir
Biznes
18 May , 2015 10:45
Bakıda qanunvericiliyin təsirinin qiymətləndirilməsinə dair seminar keçirilir

Bakı. 18 may. REPORT.AZ/ Bu gün Azərbaycanda qanunvericiliyin təsirinin qiymətləndirilməsinə dair seminar işə başlayıb. "Report" xəbər verir ki, seminarın əsas təşkilatçısı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatıdır.

Tədbiri giriş sözü ilə açan "JTI Azerbaijan" şirkətinin korporariv münasibətlər və əlaqələr üzrə meneceri Əli Verdiyev seminar haqqında məlumat verib.

Ə.Verdiyevin sözlərinə görə, bu tipli tədbir Azərbaycanda artıq ikinci dəfədir ki, keçirilir: "Bizim məqsədimiz hansısa sahədə qəbul edilən qanunun təkcə həmin sahəyə deyil, bütöv cəmiyyətə təsirini ölçməkdir. Qanunvericiliyin təsirinin qiymətləndirilməsi Azərbaycan üçün yeni olsa da, artıq 34 ölkədə mütəmadi olaraq keçirilir".

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Fransadan olan nümayəndəsi Şarl H. Montin (Charles H. Montin) isə bu sahədəki 10 illik təcrübəsini bölüşüb. Onun sözlərinə görə, bu tipli seminarlar müxtəlif ölkələrdə qısa zamanda öz effektini göstərib.

Daha sonra ayrı-ayrı dövlət qurumları və təşkilatların nümayəndələri seminardan gözləntiləri haqqında fikirlərini bölüşüblər.

Xatırladaq ki, "JTI Azerbaijan" şirkətinin sponsorluğu ilə təşkil olunan bu seminar iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi