​Bakıda müştərilərin aldadıldığı daha bir neçə market aşkarlanıb

​Bakıda müştərilərin aldadıldığı daha bir neçə market aşkarlanıb “Gross” və “İntermarket”də əsassız qiymət artımına yol verilib
Biznes
3 Mart , 2015 18:57
​Bakıda müştərilərin aldadıldığı daha bir neçə market aşkarlanıb

Bakı. 3 mart. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı daha bir neçə marketdə əsassız qiymət artımına yol verilib.

“Report” nazirliyin məlumatına əsasən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Montin küçəsi, ev 21 ünvanında “Siqma LTD” MMC-yə məxsus “Gross” marketdə, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, ev 90A ünvanında “İntermarket” MMC-yə məxsus “Ruzi” marketdə malların yarlığında göstərilən qiymətlərlə nəzarət-kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə ciddi tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi