Bakıda məhsulların saxlanılması və daşınması mövzusunda təlim keçiriləcək

Bakıda məhsulların saxlanılması və daşınması mövzusunda təlim keçiriləcək Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar təlimdə iştiraka dəvət olunurlar
Biznes
22 Avqust , 2016 20:12
Bakıda məhsulların saxlanılması və daşınması mövzusunda təlim keçiriləcək

Bakı. 22 avqust. REPORT.AZ/ Biznes Təlimləri sahəsində Xüsusi Amerikan proqramı (SABIT) sentyabrın 9-da Bakıda “Məhsulların soyuducu anbarlarda saxlanılması və daşınması” mövzusunda təlim keçirəcək.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə baş tutacaq təlim bu sahədə ixtisaslaşan xarici mütəxəssislər tərəfindən aparılacaq. Təlimdə iştirak ödənişsizdir.
Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar təlimdə iştiraka dəvət olunurlar.

Təlim haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi