Bakıda daha bir tikiş sexində qanunsuz məktəbli forması istehsalı və satışı qadağan olunub

Bakıda daha bir tikiş sexində qanunsuz məktəbli forması istehsalı və satışı qadağan olunub Sabunçu rayonu, Bakıxanov ŞTQ, M.Vəkilov küçəsi,2B ünvanında fəaliyyət göstərən tikiş sexində dövlət nəzarəti tədbirləri aparılıb
Biznes
26 Avqust , 2015 14:39
Bakıda daha bir tikiş sexində qanunsuz məktəbli forması istehsalı və satışı qadağan olunub

Bakı. 26 avqust. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, M.Vəkilov küçəsi,2B ünvanında fəaliyyət göstərən fiziki şəxs İradə Əli qızı Abbasovaya məxsus tikiş sexində aparılmış dövlət nəzarəti barədə bir neçə gün bundan qabaq məlumat verilib.

“Report” Komitəyə istinadən bildirir ki, məlumatda müəssisədə “Uluxanlı” nişanı ilə istehsal olunan geyimlərin təhlükəsizliyi, keyfiyyəti təsdiq edən sənədlər olmadan satışa çıxarıldığı, istehsalın texnoloji təlimat olmadan həyata keçirildiyi, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi qeyd olunub.

Aparılan araşdırmalar zamanı fiziki şəxs İ.Abbasovaya məxsus tikiş sexində başqasının əmtəə nişanından qeyri-qanuni istifadə edərək xeyli miqdarda məhsul istehsal olunması da müəyyən edilib. Belə ki, müəssisədə üzərində “Bakı Tikiş Evi” ASC-yə məxsus BTE əmtəə nişanı olan düymələr, etiketlər və hazır məhsullar aşkar olunub.

Bütün bunlarla əlaqədar fiziki şəxs İ.Abbasovaya məxsus tikiş sexində məktəbli formasınin istehsalı və satışı qadağan edilib, İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək müəssisə rəhbəri cərimələnib.

Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycanda qüvvədə olan dövlətlərarası standart (QOST 25294-2003 "Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri" standartı) əsasında müəssisələr tərəfindən hazırlanıb və dövlət qeydiyyatına alınan texniki şərtlərin tələbləri əsasında istehsal edilir. Texniki şərtlərdə məhsulun keyfiyyətinə olan məcburi tələblər, şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri əks olunmalıdır.

Məhsulların laboratoriya sınaqları aparıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməli və Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən sertifikatlaşdırılmalıdır.

Hazırda respublikada iki müəssisə – “Bakı Tikiş Evi” ASC və “Bakı Tekstil Fabriki” MMC-nin istehsal etdiyi məktəbli formaları akkreditasiya olunmuş müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi