Bakıda çex iş adamları ilə görüş keçirilib

Bakıda çex iş adamları ilə görüş keçirilib Görüşdə 50-ə yaxın sahibkar iştirak edib
Biznes
14 Mart , 2016 16:36
Bakıda çex iş adamları ilə görüş keçirilib

Bakı. 14 mart. REPORT.AZ/ Martın 14-də Bakı Biznes Mərkəzində Azərbaycan və Çexiya iş adamları arasında işgüzar görüş keçirilib.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə təşkil edilən görüşdə hər iki tərəfdən turizm, sənaye, logistika, bankçılıq, əczaçılıq, enerji və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın sahibkar iştirak edib.

Görüşlərdə mövcud əlaqələrin genişləndirilməsi, yeni işgüzar əlaqələrin yaradılması perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi