Bakıda beynalxalq ticarət sövdələşmələri ilə bağlı seminar keçirilir - FOTO

Bakıda beynalxalq ticarət sövdələşmələri ilə bağlı seminar keçirilir - FOTO Tədbir Azərbaycan Dövlət Gömrük Komitəsi və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi tərəfindən təşkil olunub
Biznes
26 Yanvar , 2016 13:15
Bakıda beynalxalq ticarət sövdələşmələri ilə bağlı seminar keçirilir - FOTO

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın gücləndirilməsi üzrə Avropa regional ofisində "Beynalxalq ticarət sövdələşmələri və sənədləşmə" mövzusunda seminar başlayıb. "Report" xəbər verir ki, üç gün davam edəcək seminar Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (INCU) tərəfindən təşkil olunub.

DGK sədrinin I müavini Səfər Mehdiyevin də iştirak etdiyi seminarın ilk iş günü "Beynəlxalq ticarət sövdələşmələrində risklər" və "Beynəlxalq ticarət sövdələşmələrində sənədlərin nəzərdən keçirilməsi" mövzularında müzakirələr təşkil olunub.

Son xəbərlər

Orphus sistemi