Bakıda Azərbaycan və Gürcüstan gömrükçülərinin görüşü keçirilib

Bakıda Azərbaycan və Gürcüstan gömrükçülərinin görüşü keçirilib Görüşdə iki ölkə arasında yeni sərhəd-gömrük buraxılış məntəqələrinin açılması, qaçaqmalçılığa qarşı birgə mübarizə və s. müzakirə olunub
Biznes
9 İyul , 2015 15:48
Bakıda Azərbaycan və Gürcüstan gömrükçülərinin görüşü keçirilib

Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Gürcüstan Maliyyə Nazirliyi Gömrük Departamentinin rəisi Vladimer Xundadze və Beynəlxalq əlaqələr Departamentinin rəisi Samson Uridianı qəbul edib. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

A.Əliyev Azərbaycanla Gürcüstan arasında iqtisadi-ticari münasibətlərdən söhbət açıb və iki qonşu ölkə arasında müsbət məcrada inkişaf edən əlaqələrin davamlılığını təmin etmək üçün birgə əməkdaşlığın daha da gücləndirilməli olduğunu qeyd edib.

O, qarşılıqlı təcrübə mübadiləsinin, qaçaqmalçılıqla mübarizədə birgə əməkdaşlığın, sərhəd-gömrük buraxılış məntəqələrində vətəndaşların rahat gediş-gəlişinə mane ola biləcək problemlərin yerindəcə həll edilməsinin zəruriliyini diqqətə çatdırıb, gələcək perspektivlərdən bəhs edib.

Gömrük Departamentinin rəisi V.Xundadze Azərbaycanla Gürcüstan arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib, iqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib, iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.

DGK-nin sədr müavinləri Əsgər Abdullayev və Şahin Bağırovun da iştirak etdiyi görüşdə iki ölkə arasında mövcud sərhəd-gömrük buraxılış məntəqələrində işlərin intensivləşdirilməsi, yeni sərhəd-gömrük buraxılış məntəqələrinin açılması, qaçaqmalçılığa qarşı birgə mübarizə, ölkəmizdə keçiriləcək PİCARD konfransında Gürcüstan tərəfinin iştirakı və bir sıra digər məsələlər barəsində ətraflı flkir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi