Bakıda Azərbaycan-Serbiya iqtisadi əlaqələri müzakirə olunub

Bakıda Azərbaycan-Serbiya iqtisadi əlaqələri müzakirə olunub Azərbaycanın iqtisadiyyat və sənaye naziri Serbiyanın baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya nazirini qəbul edib
Biznes
28 Sentyabr , 2015 14:41
Bakıda Azərbaycan-Serbiya iqtisadi əlaqələri müzakirə olunub
Report

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycana səfəri çərçivəsində Serbiyanın baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin qəbulunda olub.

"Report"un verdiyi xəbərə görə, görüşdə Ş.Mustafayev bildirib ki, Azərbaycanla Serbiya arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, hökumətlərarası komissiyanın fəaliyyəti əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır. 

Ş.Mustafayev iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika, investisiya, kənd təsərrüfatı, nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. 

Serbiyanın ticarət, turizmvə telekommunikasiya naziri isə öz növbəsində ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi