​Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib

​Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib Azərbaycan-Rusiya əczaçılıq müəssisəsi artıq gələn ildən istehsala başlayır
Biznes
20 İyun , 2016 13:33
​Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib

Bakı. 20 iyun. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes-forumu keçirilib.

“Report” xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı iki ölkənin kimya, maşınqayırma, qida sənayesi, energetika, nəqliyyat, yüngül və ağır sənaye, ticarət, mühəndislik və s. sahələri təmsil edən 200-dən artıq şirkətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, bu forum hər iki ölkə üçün əhəmiyyətlidir: “Bu gün Azərbaycanla Rusiya arasında siyasi əlaqələrin yüksək olması, iqtisadi sahədə əməkdaşlığın inkişafına böyük təkan verir. Hər iki ölkənin dövlət başçısı bu münasibətlərə xüsusi önəm verir. Biz forumda iştirak edən Rusiya şirkətlərini Azərbaycana sərmayə qoymağa dəvət edirik. Ölkəmizdə sahibkarların rahat fəaliyyət göstərməsinə hər cür imkan yaradılıb. Hazırda Azərbaycanın bir neçə regionunda sənaye parkları salınır. Rusiya şirkətlərini bu imkanlardan yararlanmağa dəvət edirik”.

Daha sonra çıxış edən Rusiyanın Yaroslav vilayətinin qubernatoru Sergey Yastrebov qeyd edib ki, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlər iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır: “Bu gün baş tutan forumdan sonra Azərbaycan-Rusiya əlaqləri bir neçə pillə daha yuxarı qalxacaq. Forumda imzalanan memorandumlar böyük əhəmiyyət kəsb edir. Dünyada baş verən iqtisadi böhran bütün ölkələrə mənfi təsir göstərib. Bu səbəbdən bu kimi yeni əməkdaşlıqları inkişaf etdirmək bu vəziyyətdən ən gözəl çıxış yoludur. Ümumiyyətlə, biznesin inkişaf etməsi üçün ölkənin iqtisadi infrastrukturunun əlverişli olması vacibdir. Azərbaycanda isə bu imkanlar çoxdur. Biz hər zaman olduğu kimi bu imkanlardan yararlanmağa çalışacağıq”.

Rusiyanın “Delovaya Rossiya” İctimai Birliyinin rəhbəri Aleksey Repkin çıxışında bildirib ki, hər iki ölkə iqtisadi cəhətdən böyük potensiala malikdir: “Mövcud imkanlardan səmərəli istifadə etməklə iki ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır. İmzalanan memorandum çərçivəsində birgə əczaçılıq müəssisəsi yaradılacaq. Bu müəssisənin yaradılmasına on milyonlarla vəsaitin ayrılması planlaşdırılır. İlin sonuna qədər bununla bağlı işləri yekunlaşdırmağı nəzərdə tutmuşuq. Gələn ildən isə artıq müəssisədə dərman istehsalına başlanılacaq. İstehsal edilən məhsullar yalnız ölkədaxili tələbatı ödəmək üçün deyil, həm də ixrac olunacaq. Forum vasitəsilə azərbaycanlı sahibkarları rusiyalı həmkarları ilə əməkdaşlığı genişləndirməyə dəvət edirəm”.

Son xəbərlər

Orphus sistemi