​Bakıda Azərbaycan-Niderland biznes-forumu keçiriləcək

​Bakıda Azərbaycan-Niderland biznes-forumu keçiriləcək Azərbaycanın iqtisadiyyat naziri Niderlandın iqtisadi işlər naziri ilə görüşüb
Biznes
11 May , 2016 16:54
​Bakıda Azərbaycan-Niderland biznes-forumu keçiriləcək

Bakı. 11 may. REPORT.AZ/ Niderlandın iqtisadi işlər naziri Henk Kampın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfəri çərçivəsində bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, görüşdə Ş.Mustafayev Azərbaycan-Niderland əməkdaşlığının inkişaf etdiyini, əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin önəmli olduğunu vurğulayıb: “Ölkələrimiz arasında əməkdaşlıq üçün müvafiq qanunvericilik bazası formalaşdırılıb. Azərbaycanın qeyri-neft sektoruna Niderland şirkətləri tərəfindən təkcə son üç ildə 330 mln. dollardan çox investisiya yatırılıb. Hazırda Azərbaycanda 112 Niderland şirkəti fəaliyyət göstərir. Bir sıra Niderland şirkətləri Azərbaycanda rellaşdırılan layihələrdə podratçı qismində iştirak edir. İqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Mayın 17-də Bakıda keçiriləcək növbəti Niderland-Azərbaycan biznes-forumu da iş adamları arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaq”.

Görüşdə kənd təsərrüfatı, İKT, enerji, turizm, ekologiya sahələrində əməkdaşlığın genişləndirilməsi, Niderland şırkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında, aqroparklarda iştirakı, tranzit yükdaşımaları sahəsində əməkdaşlıq, birgə sərgi, yarmarka və təqdimatların keçirilməsi təklif edilib.

Niderlandın iqtisadi işlər naziri H.Kamp Azərbaycana səfərindən məmnunluğunu ifadə edib: “Qarşılıqlı səfərlər əlaqələrin inkişafında böyük əhəmiyyətə malikdir. Azərbaycanda həyata keçirilən iqtisadi islahatları müsbət qiymətləndirirəm. Niderland şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur”.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi