Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib

Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib Forumda rəsmi şəxslər və sahibkarlar iştirak ediblər
Biznes
3 İyun , 2015 12:04
Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib

Bakı. 3 iyun. REPORT.AZ/ Bu gün Bakıda Avstriyanın elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini xanım Bernadet Gierlinger (Bernadette Gierlinger) Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes forumu keçirilib.

“Report” xəbər verir ki, görüşdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı kənd təsərrüfatı və qida sənayesi, tikinti, sənaye, İKT, konsaltinq, maliyyə, turizm və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, ölkədə İKT xidmətlərinin genişləndirilməsi, informasiya və bilik bazarının formalaşması və inkişafının dövlətin İKT siyasətinin əsas hədəflərindən olduğunu qeyd edib. E.Vəlizadə İKT-nin inkişafında xüsusilə genişzolaqlı internet xidmətlərinin artırılması istiqamətində qəbul edilən dövlət proqramları, həyata keçirilən layihələr cox əhəmiyyətli rola malik olduğunu bildirib.

Avstriyalı nazir müavini B.Gierlinger Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq əlaqələrinin maraqlı olduğunu vurğulayıb.

Azərbaycanda investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edən Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, yaradılan biznes mühiti barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi