"Bakı Yükavtonəqliyyat"a baş direktor təyin ediləcək

"Bakı Yükavtonəqliyyat"a baş direktor təyin ediləcək ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Biznes
4 Oktyabr , 2016 09:04
Bakı Yükavtonəqliyyata baş direktor təyin ediləcək

Bakı. 4 oktyabr. REPORT.AZ/ Noyabrın 6-da, saat 11:00-da "Bakı Yükavtonəqliyyat" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında baş tutacaq. 

Toplantının gündəliyinə Cəmiyyətin 2015-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi və illik balans hesabatının təsdiqi, tək başçı icra orqanının (baş direktorun) seçilməsi, Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi və s. məsələlərin müzakirəsi daxildir.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. 

Son xəbərlər

Orphus sistemi