Bakı Gəmiqayırma Zavodu Qaradağ Sənaye Parkının rezidenti olub

Bakı Gəmiqayırma Zavodu Qaradağ Sənaye Parkının rezidenti olub Sumqayıt Kimya Sənaye Parkının idarəetməsində olan sənaye parklarında rezidentlərin sayı 5-ə çatıb
Biznes
28 Avqust , 2015 17:55
Bakı Gəmiqayırma Zavodu Qaradağ Sənaye Parkının rezidenti olub

Bakı. 28 avqust. REPORT.AZ/ “Bakı Gəmiqayırma Zavodu” MMC-yə Qaradağ Sənaye Parkının ilk rezidenti statusu verilib. Bununla da İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin idarəedici təşkilatı olduğu sənaye parklarında rezident kimi qeydiyyatdan keçmiş şirkətlərin sayı 5-ə çatıb.

“Report” nazirliyə istinadən bildirir ki, "Bakı Gəmiqayırma Zavodu" MMC SOCAR, Azərbaycan İnvestisiya Şirkəti və Sinqapurun “Keppel Offshore&Marine” şirkəti tərəfindən yaradılıb. Müəssisə müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker və dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi